38 yaşdan yuxarı şəxslərə mütəxəssislərdən ciddi xəbərdarlıq gəlib. Əgər yeməkdən dərhal sonra yuxunuz gəlirsə və çəki atmaqda çətinlik çəkirsinizsə, bu, şəkər xəstəliyinin (diabetin) ilkin əlaməti ola bilər. Hər 5 nəfərdən biri bu riski daşıyır, lakin çoxları bu simptomları adi hal hesab edir.

Endokrinologiya mütəxəssisi Prof. Dr. Rüştü Serter bildirir ki, müalicə edilməyən diabet:

Damar sisteminə

Gözlərə (kor olma riski)

Ürək və beyin damarlarına (infarkt, insult)

Böyrəklərə (böyrək çatışmazlığı)

Sinir sisteminə

Cinsi funksiyalara ciddi ziyan vurur.

Hətta sağalmayan yaralar və ayaq amputasiyasına qədər aparan ağır nəticələr yarada bilir.

Diabetdən qorunmaq üçün tövsiyələr

  • Ağ çörək, plov, xəmir xörəklərindən uzaq durun
  • Yeməkdə həddən artıq doymayın - az, amma balanslı yeyin
  • Həftədə ən az 3 dəfə 1 saat sürətli gəzinti edin
  • Qan şəkəri və insulini mütəmadi yoxladın
  • Alkoqoldan uzaq durun

Mütəxəssis xəbərdarlığı: Ailəsində şəkər xəstəliyi olan və əlavə çəkisi olanlarda risk ikiqat artır.

Bu əlamətlər sizdə varsa - mütləq nəzarətə gedin!

Yeməkdən sonra qəfil yuxu basması
Tez-tez aclıq hissi və şirniyyat istəyi
Çəki verməkdə çətinlik
Gecə tez-tez sidiyə çıxmaq
Güclü susuzluq, ağız quruluğu
Əl və ayaqlarda yanma və keyimə
Bədəndə tez-tez infeksiya və halsızlıq (milli.az)