İqtisad elmləri doktoru Leonid Xolod bildirib ki, sentyabr ayı əsasən yay mövsümünün sonunda yetişən meyvə və tərəvəzlərin alınması üçün ən uyğun vaxtdır. Foodinfo.az xəbər verir ki, bu dövrdə kartof, kələm, çuğundur, yerkökü və alma bazarda daha çox çeşiddə və münasib qiymətə tapılır.

Mütəxəssisin sözlərinə görə, payızın əvvəlində bu məhsulların bolluğu təklifi artırır, nəticədə qiymətlər alıcılar üçün daha əlçatan olur. Xolod əlavə edib ki, sentyabr və oktyabr ayları həm də keyfiyyətli qarpız almaq üçün əlverişli dövrdür.

Ekspert vurğulayıb ki, bəzi giləmeyvələr – məsələn, qarağat və çəyirdəkli meyvələr artıq mövsümünü başa vurduğu üçün sentyabrda onları almaq tövsiyə edilmir. Onları ən yaxşı halda iyul ayında əldə etmək olar.

Onun fikrincə, mövsümündə alınan meyvə və tərəvəzlər həm dad, həm də qida dəyəri baxımından daha faydalıdır. Eyni zamanda, bu məhsullar uzun müddət saxlanmaq üçün də yararlıdır.

Xolod alıcılara məsləhət görür ki, payızın əvvəlində bazarlarda geniş seçim imkanından istifadə edərək rasionlarını təbii, vitaminlə zəngin məhsullarla zənginləşdirsinlər.