Böyük Britaniyada heyvan sığınacağına nadir rast gəlinən anomaliyalı pişik gətirilib. Foodinfo.az bildirir ki, bu barədə Sky News yazır.

Qeyri-adi burnu olan pişik Pişiklərin Mühafizəsi Təşkilatının Warrington Adoption Center-ə köçürülüb. Formasına görə ona böyük burnu olan Dayə Makfi filmindəki əsas personajlardan birinin şərəfinə Dayə Makfi adı verilib.

Əvvəlcə mərkəz işçiləri onun sadəcə bir qeyri-adi burnu olduğuna inanırdılar, lakin müayinədən sonra baytarlar iki burun olduğunu aşkar etdilər.

Həkimlər pişiyin qoşa burnunun intrauterin inkişafdakı anormallıqlar və ya genetik pozğunluqlar səbəbindən meydana gələn anadangəlmə qüsur olduğunu irəli sürürlər.

Nurlan