Süd və süd mənşəli qidalar təkcə sümüklər üçün deyil, həm də oynaqların sağlam qalması üçün vacibdir. Onların tərkibində orqanizmin hərəkət sistemini dəstəkləyən zülallar, kalsium və digər minerallar mövcuddur.

Foodinfo.az xəbər verir ki, nevroloq və “Gemotest” laboratoriyasının eksperti Yekaterina Demyanovskaya süd məhsullarının oynaqların vəziyyətinə müsbət təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, heyvani mənşəli zülallara üstünlük vermək oynaq toxumalarının möhkəmlənməsinə və regenerasiyasına kömək edir. “Rasionda süd və turş süd məhsulları, pendir, yumurta, ət və balıq mütləq yer almalıdır,” – deyə həkim qeyd edib.

Demyanovskaya vurğulayıb ki, bu məhsullardakı zülallar və kalsium sümüklərin elastikliyini artırır, oynaq qığırdaqlarını isə qoruyur. Onun sözlərinə görə, xüsusən yaş artdıqca süd və pendir kimi qidaların gündəlik qəbulu oynaq ağrılarının qarşısını almağa kömək edə bilər.

Mütəxəssis həmçinin bişirmə üsullarına da diqqət yetirməyi tövsiyə edib. “Ət və balığı qaynatmaq, sobada bişirmək və ya buğda hazırlamaq daha məqsədəuyğundur. Acı ədviyyatlar və çox yağlı yeməklər orqanizmdə iltihab proseslərini gücləndirə bilər,” – deyə həkim xəbərdarlıq edib.

Diyetoloqların fikrincə, balanslı qidalanma, yüngül fiziki hərəkətlər və kifayət qədər su qəbulu oynaqların sağlam qalması üçün ən vacib amillərdəndir.