
Su çiçəyi adətən uşaqlarda yüngül keçir, lakin bəzi hallarda xəstəlik ciddi fəsadlarla müşayiət oluna bilər. Foodinfo.az xəbər verir ki, rusiyalı terapevt Zarema Ten ağırlaşmaların kimlərdə yarana biləcəyini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, infeksiyaya əvvəllər yoluxmamış və ya peyvənd olunmamış hər kəs tutulmaq riski daşıyır.
Lakin xəstəlik daha ağır formada uşaqlar, xüsusilə 1 yaşına çatmamış körpələr, böyüklər və yeniyetmələrdə, həmçinin hamilə qadınlarda və immuniteti zəif olan şəxslərdə baş verə bilər.
Xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, məsələn, lösemi, astma və ekzema ilə yaşayanlar da risk qrupuna daxildir.
Terapvət əlavə edir ki, insan yaşlandıqca xəstəlik daha ağır keçir və bədən üçün əlavə yük yaradır.
Bu səbəbdən risk qrupuna daxil olan şəxslər üçün profilaktik tədbirlər, o cümlədən peyvəndlərin vaxtında tətbiqi xüsusi önəm daşıyır.
Mütəxəssis vurğulayır ki, xəstəlik zamanı diqqətli müalicə və düzgün gigiyena qaydalarına riayət etmək ağırlaşmaların qarşısını almağa kömək edir.
Hamilə qadınlar və immuniteti zəif olanlar xəstəliyə yoluxduqda dərhal həkimə müraciət etməlidirlər.
Uşaqların su çiçəyi zamanı ev şəraitində müalicə zamanı dərmanların düzgün seçimi, dəriyə qulluq və maye qəbulunun təmin edilməsi vacibdir.
Xəstəliyin simptomları arasında yüksək hərarət, səpgilər və qaşınma önəmlidir və vaxtında müalicə fəsadların qarşısını alır.
Həkimlərin tövsiyəsi ilə risk qrupuna daxil olan şəxslər xüsusi nəzarət altında olmalıdır.
Ən əsas profilaktik üsul isə peyvəndləşmədir ki, bu da xəstəliyin ağır formasının qarşısını alır.