Mütəxəssislər bildirirlər ki, bəzi qidalar təbii şəkildə baş ağrılarını yüngülləşdirə bilər. Xüsusilə migren və gərginlik tipli ağrılardan əziyyət çəkənlər gündəlik rasionlarına bu məhsulları əlavə edə bilərlər:

1. Zəncəfil – iltihabəleyhinə təsiri sayəsində migren tutmalarını azaldır.

2. Banan – maqneziumla zəngin olduğundan sinir sistemini sakitləşdirir.

3. Balıq (somon, sardina, skumbriya) – omeqa-3 yağ turşuları damar sağlamlığını qoruyur.

4. Qarpız və xiyar – yüksək su tərkibi ilə susuzluqdan yaranan baş ağrısını azaldır.

5. Yulaf – qan şəkərini stabilləşdirərək ani baş ağrılarının qarşısını alır.

6. Qoz-fındıq – maqnezium və faydalı yağlarla sinir sistemini gücləndirir.

Həkimlər vurğulayır ki, baş ağrısı tez-tez təkrarlanırsa, yalnız qidalanma ilə kifayətlənmək olmaz. Mütləq şəkildə həkim müayinəsindən keçmək tövsiyə olunur.