
Mütəxəssislərin araşdırmalarına görə, zirinc şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün faydalı bitkilərdən biridir. Onun tərkibində olan berberin adlı təbii maddə qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir.
– Zirincin tərkibindəki aktiv maddələr insulin həssaslığını artırır.
– Şəkər xəstələrində qaraciyər yağlanmasının qarşısını almaqda təsirlidir.
– Bədəndə iltihabı azaldaraq damar və ürək sağlamlığını qoruyur.
– Qanda şəkərin kəskin enməsinin qarşısını alır, halsızlığı azaldır.
Zirincin çox istifadə olunması mədə turşusunu artıra bilər. Xüsusən də şəkər xəstəliyi üçün dərman qəbul edən şəxslər zirinci müntəzəm istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.