Qarağat sağlamlıq üçün faydalı və vitaminlərlə zəngin meyvələrdən biridir, lakin hər şey kimi, onun da həddindən artıq istifadəsi bədən üçün zərərli ola bilər. Foodinfo.az BB.LV-ə istinadla xəbər verir ki, dietoloq və sağlam qidalanma üzrə mütəxəssis Elena Solomatina qarağatın faydalarını izah edərkən, bəzi risklərə də diqqət çəkib.
Mütəxəssisin sözlərinə görə, qarağat ürək-damar və metabolik xəstəliklərin riskini azaltmağa kömək edir və onun tərkibində zəngin vitamin və minerallar — A, B, C, E, K, natrium, maqnezium, sink, mis, kalium, dəmir və fosfor var. Həmçinin lif və karbohidrat mənbəyi olan bu giləmeyvə aşağı kalorili olmaqla yanaşı, immuniteti də gücləndirir.
Lakin Solomatina xəbərdarlıq edir ki, yüksək turşuluğu səbəbindən qarağat bəzi insanlarda mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Xüsusilə qastrit, mədə xorası və digər həzm sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün onun çox miqdarda istehlakı məsləhət görülmür.
Bundan əlavə, qarağat daşı xəstəliyi olanlar üçün risk daşıyır — həddindən artıq qəbulu vəziyyəti ağırlaşdıra və ya yeni daşların əmələ gəlməsinə səbəb ola bilər.
Dietoloq vurğulayır ki, faydalı məhsulların belə istifadəsi fərdi xüsusiyyətlərə uyğun olmalıdır: “Hər bir qida potensial allergik reaksiyalar və fərdi dözümsüzlük yarada bilər. Ona görə qarağatı balanslı və məqbul miqdarda qəbul etmək vacibdir.”






