Dietoloq Luis Zamora bildirib ki, ürək xəstəliklərinin, xüsusən infarkt və insult riskinin azaldılması üçün axşam yeməyini müəyyən vaxtda yemək vacibdir. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, həkim tövsiyə edir ki, axşam yeməyi 20:00-dan gec olmamalıdır. Araşdırmalar göstərir ki, 21:00-dan sonra yemək ürək-damar xəstəliklərinin yaranma riskini 28% artırır.

Zamora həmçinin qeyd edib ki, yatmazdan əvvəl qida qəbul etməmək də düzgün deyil — mədə boş olmamalıdır. Bununla bədən yuxuya hazır vəziyyətdə olur, qlükoza və enerji balansı qorunur.

Bundan əlavə, dietoloq səhər yeməyinin vaxtının da vacib olduğunu vurğulayır. İlk yemək saat 8:00-dan gec olmamalıdır, çünki bu vaxt orqanizm artıq aktivdir, hormonal fon balansdadır və kortizol səviyyəsi pik həddindədir.

“8:00-dan əvvəl səhər yeməyi, 20:00-dan əvvəl axşam yeməyi olan insanlar müəyyən mənada həyat sığortasına malikdirlər,” — deyə Zamora əlavə edib.

Beləliklə, düzgün qidalanma rejimi — vaxtında səhər və axşam yeməyi — ürək-damar sağlamlığının qorunmasında sadə, lakin effektiv profilaktik vasitədir.