Boğaz ağrısı tez-tez soyuqdəymə və ya qrip kimi viral infeksiyalar nəticəsində baş verən narahat bir vəziyyətdir. Məlumdur ki, belə hallarda təbii üsullarla boğaz ağrısını aradan qaldırmaq olar. 

Boğaz ağrısına yaxşı təsir edən 5 şey:

1. Ballı bitki çayları: Ballı bitki çayları boğaz üçün sakitləşdirici və müalicəvi xüsusiyyətlərə malikdir. Adaçayı, çobanyastığı, cökə kimi bitki çaylarına bal əlavə edərək qəbul etmək boğaz ağrısını aradan qaldıra bilər.

2. Duzlu su qarqarası: Bir stəkan ilıq suya bir çay qaşığı duz əlavə edilərək edilən qarqara boğazdakı mikrobları təmizləyir və ağrıları aradan qaldırmağa kömək edir. 

3. Zəncəfil: Zəncəfil iltihab əleyhinə xüsusiyyətləri sayəsində boğaz ağrısını azaltmağa yardımçı olur. Təzə zəncəfil dilimlərini qaynar suda dəmləyərək içə və ya yeməklərinizdə istifadə edə bilərsiniz.

 4. Nəmləndiricilər: Quru hava boğazın daha da qıcıqlanmasına səbəb olur. Buna görə nəmləndiricidən istifadə etmək boğaz ağrısını aradan qaldırmağa kömək edə bilər. Xüsusilə gecə yatarkən nəmləndiricidən istifadə etmək faydalı olacaq.

5. Bol maye içmək: Bol su içmək bədəni nəmləndirərək boğaz ağrısını aradan qaldırır. İsti mayelər də boğaz ağrısını azaltmağa kömək edir. Bu zaman təzə sıxılmış meyvə şirələri və ya bitki çayları istehlak etmək faydalıdır.