ABŞ-da qidalanma siyasətində köklü dəyişikliklər gündəmə gəlib.
Foodinfo.az xəbər verir ki, ölkənin yeni səhiyyə naziri Robert Kennedi qidalanma ilə bağlı tamamilə yeni strategiya təqdim edib.

Yeni qida piramidasında emal olunmuş məhsullar zərərli kateqoriyaya daxil edilib. Əvəzində təbii ət məhsulları və tam yağlı süd qidaları təşviq olunur. Nazirin sözlərinə görə, piylənmə və xroniki xəstəliklərin əsas səbəbi süni qidalardır. Məktəb yeməklərində bitki yağlarının istifadəsinin dayandırılması təklif olunub.

Şəkər və süni dadlandırıcıların uşaq qidalarından çıxarılması planlaşdırılır. Bu qərar qida sənayesində ciddi müzakirələr yaradıb. Bəzi mütəxəssislər dəyişikliyi müsbət qiymətləndirir.

Hökumət yerli fermerlərə dəstək proqramları hazırlayır. Məqsəd təbii qidaları daha əlçatan etməkdir. Kennedi bildirib ki, mövcud sistem insan sağlamlığından çox dərman sənayesinə xidmət edir. Müxalif tərəf qiymət artımı riskindən narahatdır. Buna baxmayaraq, Ağ Ev islahatların vacib olduğunu açıqlayıb. Bir neçə ştatda yeni qaydalar artıq sınaqdan keçirilir.

Bu dəyişiklik ABŞ-da qidalanma tarixində yeni mərhələ sayılır.