Sağlam qidalanma insanın həm fiziki, həm də zehni sağlamlığında mühüm rol oynayır. Gün ərzində qəbul etdiyimiz qidalar enerjimizi, əhval-ruhiyyəmizi və immun sistemimizi birbaşa təsir edir.
Foodinfo.az xəbər verir ki, düzgün və balanslı qidalanan insanlar özlərini daha enerjili hiss edir, xəstəliklərə qarşı daha davamlı olurlar.
Meyvə və tərəvəzlər vitamin və minerallarla zəngindir. Süd məhsulları sümükləri möhkəmləndirir, zülallı qidalar isə bədənin inkişafına kömək edir. Fast food və çox şəkərli qidaların həddindən artıq istifadəsi isə sağlamlıq problemlərinə səbəb olur.
Sağlam qidalanmaq üçün günə səhər yeməyi ilə başlamaq, kifayət qədər su içmək, qazlı və çox yağlı qidalardan az istifadə etmək, təbii və faydalı məhsullara üstünlük vermək lazımdır.
Unutmayaq ki, sağlam qidalanma sağlam həyatın əsas açarlarından biridir.






