Son dövrlərdə həkimlər tərəfindən edilən xəbərdarlıqlara görə, duşdan sonra yol verilən bəzi sadə, amma təhlükəli səhvlər üz sinirinin iflici riskini artıra bilər. Xüsusilə soyuq hava şəraitində bu məsələ daha актуal hesab olunur.

Foodinfo.az xəbər verir ki, isti duşdan dərhal sonra yaş saçla və ya nəm üzlə soyuq havaya çıxmaq, eləcə də kondisioner və ya güclü külək qarşısında qalmaq üz sinirlərinin qəfil soyumasına səbəb olur. Bu ani temperatur dəyişikliyi üz sinirində iltihab və ödem yaradaraq iflic riskini yüksəldə bilər.

Duşdan sonra saçların və üz nahiyəsinin tam qurudulmaması ən çox rast gəlinən səhvlərdən biridir. Xüsusilə gecə saatlarında və ya immun sistemi zəif olan şəxslərdə bu vəziyyət daha təhlükəli ola bilər. Üz iflici zamanı ağız əyriliyi, gözün tam bağlanmaması, üzün bir tərəfində keyimə və mimikanın zəifləməsi kimi əlamətlər müşahidə olunur.

Üz iflici vaxtında müalicə olunmadıqda uzunmüddətli fəsadlara səbəb ola bilər. Buna görə də profilaktika məqsədilə duşdan sonra üz və saçların tam qurudulması, bir müddət soyuq hava axınından uzaq durmaq və birbaşa kondisioner qarşısında oturmamaq tövsiyə olunur.

Sadə görünən bu tədbirlərə əməl etməklə üz iflici riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. İlk əlamətlər hiss edildikdə isə vaxt itirmədən həkimə müraciət etmək vacib sayılır.