Gündəlik kalori ehtiyacı hər insanın fərdi xüsusiyyətlərinə və məqsədlərinə görə dəyişir. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, diyetoloq, AО «Medicina» şirkətindən Mariyana Djutova müxtəlif yaş qrupları üçün təxmini kalori normalarını hazırlayıb. Ekspert qeyd edir ki, kalori sayı məqsəd deyil, yalnız göstəricidir — əsas diqqət məhsulların keyfiyyətinə və qidalanma rejiminin nizamlı olmasına yönəlməlidir.

Yaş qruplarına görə gündəlik kalori norması:

Yaş qrupu Təxmini gündəlik kalori Tövsiyələr və xüsusiyyətlər
Uşaqlar 3–7 yaş ~1200–1600 kkal 3 əsas yemək + 2 qəlyanaltı. Porsiyalar uşağın yumruğu ölçüsündə olmalıdır.
Uşaqlar 8–12 yaş ~1600–2000 kkal Zülal və kalsium miqdarı artırılmalıdır. Səhəri buraxmaq olmaz.
Yeniyetmələr 13–17 yaş ~2000–2800 kkal Yüksək protein, dəmir və kalsium ehtiyacı. Diyetlər yalnız tibbi göstərişlə mümkündür.
Böyüklər 18–60 yaş ~2000–2500 kkal Qışda fiziki aktivlik azaldığı üçün sadə karbohidratları azaltmaq, lifləri artırmaq məsləhətdir.
Yaşlılar 65+ ~1600–2000 kkal Həcmi azaldın, amma qida sıxlığını artırın: protein (1,2 g/kq), kalsium, D vitamini, su. Duz və qızardılmış yeməklərdən çəkinin.

Diyetoloq vurğulayır ki, düzgün qidalanma yalnız kalori sayına deyil, həm də qidanın keyfiyyətinə və müxtəlifliyinə bağlıdır. Hər yaş qrupunda balanslı qidalanma, kifayət qədər zülal, vitamin və mineralların qəbulu sağlamlıq üçün əsasdır.