Sarıkök (kurkuma) son illərdə ən çox araşdırılan təbii qidalardan biridir. Xalq təbabətində min illərdir istifadə olunur və xüsusilə bədəndə iltihabın azalması, həzm sisteminin dəstəklənməsi və ümumi güclənmə üçün tövsiyə edilir.

Amma çox vacib sual budur: günə nə qədər sarıkök yemək olar ki, bədənə fayda versin?

Sarıkökün tərkibində olan “kurkumin” maddəsi:

antioksidant təsir göstərir.

bədəndə iltihab proseslərini azaldır

qaraciyər və həzm sistemini dəstəkləyir

immuniteti gücləndirir.

Ümumi qəbul olunan təbii istifadə miqdarı:

gündə ½ çay qaşığı – 1 çay qaşığı arasında sarıkök tozu

Bu miqdar:

gündəlik dəstək üçün kifayətdir

bədəni yormur

uzunmüddətli istifadəyə uyğundur.

Necə istifadə etmək daha faydalıdır?

Sarıkök tək başına yox, daha yaxşı sorulması üçün başqa maddələrlə birlikdə istifadə olunur:

1. Sarıkök + ilıq su

½ çay qaşığı sarıkök

1 stəkan ilıq su

Səhər acqarına içilə bilər.

2. Sarıkök + süd (qızıl süd)

1 stəkan ilıq süd

½ çay qaşığı sarıkök

istəyə görə az miqdarda bal

Gecə yatmazdan əvvəl içildikdə rahatladıcı təsir göstərə bilər.

3. Sarıkök + qara istiot

Qara istiot kurkuminin sorulmasını artırır.

çox az miqdarda qara istiot əlavə edilir (Medicina.az)