
Narşərab narın sıxılaraq qatı şəkildə bişirilməsi ilə əldə edilən, həm dad, həm də sağlamlıq baxımından çox qiymətli bir məhsuldur.
Foodinfo.az xəbər verir ki, bu təbii sous təkcə yeməklərə ləzzət qatmaqla qalmır, həm də orqanizm üçün bir çox fayda daşıyır.
Narşərab antioksidantlarla olduqca zəngindir. Xüsusilə polifenollar və flavonoidlər bədəndə sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin qocalmasının qarşısını alır, immun sistemini gücləndirir.
Mütəxəssislər bildirirlər ki, narşərabın tərkibindəki maddələr xolesterin səviyyəsini tənzimləməyə, ürək-damar sağlamlığını qorumağa və qan dövranını yaxşılaşdırmağa kömək edir.
Bundan başqa, narşərabın iltihabəleyhinə xüsusiyyətləri var. Bu səbəbdən o, oynaq ağrılarında və iltihabi proseslərdə faydalı təsir göstərə bilər.
Həmçinin, həzm sistemini dəstəkləyərək iştahanı açır və bağırsaq fəaliyyətini normallaşdırır.
Lakin onu da unutmamaq lazımdır ki, narşərab yüksək turşuluğa malikdir. Bu səbəbdən mədə turşuluğu və ya qastrit problemi olan şəxslər onu ehtiyatla istehlak etməlidirlər.
Təbii və qatqısız şəkildə hazırlanmış narşərab, həm sağlamlıq, həm də mətbəx üçün əvəzsiz bir seçimdir.