Limon şirəsi mətbəxdə ən çox istifadə olunan inqrediyentlərdən biridir, lakin onu tam sıxmaq hər zaman göründüyü kimi asan olmur. Foodinfo.az xəbər verir ki, Pravda.ru-nun təqdim etdiyi məsləhətlər limondan alına biləcək şirənin miqdarını artırmağa kömək edir və bunun üçün xüsusi alətə ehtiyac yoxdur. Adətən limonu iki yerə bölüb əllə sıxırıq, amma bu zaman meyvənin içində xeyli şirə qalır. Kulinariya mütəxəssisləri isə daha səmərəli üsul təklif edir: adi kulinariya maşasından (mətbəx üçün nəzərdə tutulmuş maşa) istifadə etmək.

Fənd çox sadədir: limonun yarısını pulpa (iç tərəf) aşağı olmaqla maşanın arasına qoyun və güclü şəkildə sıxın. Bu üsul sayəsində həm bütün şirəni çıxarmaq mümkün olur, həm də əllər çirklənmir. Təcrübəli aşpazların fikrincə, bu metod ən sadə və ən səmərəli alternativlərdən biridir.

Lakin maksimum nəticə üçün limonu əvvəlcədən hazırlamaq da vacibdir. Mütəxəssislər iki üsul məsləhət görür: