
Kartof gündəlik qidalanmada ən çox istifadə olunan tərəvəzlərdən biri olsa da, bəzi insanlar üçün sağlamlıq riski yarada bilər.
1. Şəkərli diabet xəstələri
Kartof yüksək qlisemik indekssə malikdir. Bu, qanda şəkərin sürətlə qalxmasına səbəb olur. Buna görə şəkərli diabetdən əziyyət çəkənlər kartof istehlakını məhdudlaşdırmalıdır.
2. Piylənmə və arıqlamaq istəyənlər
Qızardılmış və ya çox yağlı formada bişirilmiş kartof yüksək kalorili olur. Bu isə kökəlmə riskini artırır. Çəkisinə diqqət edənlər kartofdan ehtiyatla istifadə etməlidirlər.
3. Mədə-bağırsaq xəstəlikləri olanlar
Qızardılmış kartof mədəyə ağır təsir göstərir və reflü, qastrit kimi problemləri olanlarda narahatlıqları artıra bilər.
4. Yüksək təzyiq və böyrək xəstələri
Kartof kaliumla zəngindir. Normal miqdarda faydalı olsa da, böyrək çatışmazlığı və ya yüksək təzyiq problemi yaşayan insanlarda kaliumun artması əlavə risklər yarada bilər.
Mütəxəssislər bildirirlər ki, kartof sağlam qida rasionunun bir hissəsi ola bilər, lakin bişirmə üsulu və miqdarı çox önəmlidir. Qızardılmış formadansa, sobada və ya buxarda hazırlanmış kartof seçmək daha faydalıdır.
Kartof faydalı tərəvəz olsa da, hər kəs üçün uyğun deyil. Xüsusən də diabet, böyrək və ürək-damar xəstəlikləri olanlar onun istehlakına diqqətlə yanaşmalıdır.