
Bəzən düzgün qidalanma ilə belə arıqlamaq mümkün olmur. Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Regina Axunyanova danışıb. Onun sözlərinə görə, problem çox vaxt gözə görünməyən, lakin arıqlamağa mane olan kiçik qida vərdişlərində gizlənir.
Axunyanova ən çox qarşılaşılan 5 qida tələsini açıqlayıb. Birincisi, süd məhsullarında gizli şəkərdir. İlk baxışdan faydalı görünən yoqurtlar və pendirlər hər stəkanda 20–25 qram şəkər ehtiva edə bilər, bu isə tort diliminə bərabər kaloridir və toxluq hissi vermir.
İkincisi, “sağlam” barlar və müsli qarışıqlarıdır. “Pp” və “şəkərsiz” yazıları aldanıcı ola bilər; diyetoloq tərkibini və kalori, zülal, yağ miqdarını diqqətlə yoxlamağı tövsiyə edir.
Üçüncüsü, hazırlıq zamanı dadmaqdır. Yeməyi bişirərkən bir neçə qaşıq şorba və ya digər məhsulları dadmaq 100–200 əlavə kalori gətirir. Dördüncüsü, meyvələrin həddindən artıq istehlakıdır; banan, üzüm, mango və xurma çox faydalıdır, amma yüksək kalorili məhsullardır. Bir ovuc üzüm, məsələn, yarım boşqab makaron qədər enerji verir.
Beşincisi isə ekran qarşısında yeməkdir. Televiziya və ya kompüter qarşısında qəlyanaltı porsiyaları kontrolsuz artırır və 2–3 dəfə artıq qəbul edilə bilər.
Diyetoloq vurğulayır ki, bu vərdişlər ayrı-ayrılıqda kiçik görünə bilər, amma cəm olaraq kalorili defisiti “yeyir” və arıqlamanı əngəlləyir. Ona görə də bu tələlərdən xəbərdar olmaq və onları aradan qaldırmaq çox vacibdir.