
Bəkməz qədimdən xalq təbabətində enerji, qanazlığı və zəiflik üçün təbii vasitə kimi istifadə olunub. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəkməzin bəzi qidalarla birlikdə qəbulu sağlamlığa mənfi təsir göstərə bilər.
Foodinfo.az xəbər verir ki, bəkməzi süd və süd məhsulları ilə qarışdırmaq düzgün deyil. Bu qarışım mədədə köp, qaz və həzm problemlərinə səbəb ola bilər.
Balıqla birlikdə yeyildikdə isə allergik reaksiyalar riski artır.
Həkimlərin sözlərinə görə, bəkməz yağlı və ağır yeməklərlə birlikdə qəbul edildikdə mədəyə əlavə yük salır, turş qidalarla qarışdıqda isə mədə qıcıqlanmasına yol aça bilər.
Mütəxəssislər tövsiyə edirlər ki, bəkməz ən yaxşı halda səhərlər acqarına, tək halda və ya bir az su ilə qarışdırılaraq qəbul edilsin. Bu zaman orqanizm həm daha yaxşı enerji alır, həm də faydalarından maksimum şəkildə yararlanır.