Uzun illər ərzində Norveç sakinləri daha ucuz ərzaq almaq üçün İsveçlə sərhəd bölgələrə yollanırdılar. Ancaq bu gün vəziyyət tamamilə əksinə dəyişib.

Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, artıq alıcı axını əksinə hərəkət edir. Buna səbəb kimi İsveçdə ərzaq məhsullarının 2021-ci ilin iyulundan 2023-cü ilin yanvarına qədər olan dövrdə 21 faiz bahalaşması olub.

Cari dövrdə Norveçdə isə həmin göstərici 9 faiz olub. Norveçdə həmçinin meyvə və tərəvəzlərin də qiymətinin aşağı olması qonşu dövlətdən alıcıları bura cəlb edib.

Leyla