İnfarkt sinə ağrısı və ya sinədə narahatlıq kimi əlamətlərlə üzə çıxır. İnfarkta qidalanma, hərəkətlərimiz, stress kimi bir çox şey səbəb ola bilir. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 


Alimlər qeyd edirlər ki, gündə bir ovuc qoz yemək ürək sağlamlığını qoruyur, xolesterolu aşağı salır. 


Zeytun yağı da ürək sağlamlığı üçün əvəzedilməzdir. Antioksidantlar baxımından da zəngin olan zeytun yağı ürək-damar sağlamlığımızı qoruyur.

Omeqa-3-lə zəngin olan qızılbalıqlar da infaktın qarşısını alan qidalar sırasındadır. Portağal zərərli xolesterolla savaşır və qan təzyiqini aşağı salır.

Heç bir əlavəsiz təbii portağal suyu ürək sağlamlığı üçün olduqca faydalıdır.

Leyla