Alimlər fosforun həddən artıq istifadəsi ilə bağlı həyəcan təbili çalırlar. Bu barədə Foodinfo.az “Milliyet”ə istinadən xəbər verir. 

Qeyd olunur ki, fosfordan həddən artıq istifadə qlobal ərzaq istehsalına zərbə vura biləcək qida və suda oksigen azlığına səbəb ola bilər.

Tarlalarda istifadə olunan fosfat gübrəsi dənizlərə, çaylara, və göllərə qarışır. Nəticədə isə həmin su hövzələrində oksigensiz – ölü zonalar yaranır.

Həmçinin fosforun həddən artıq istifadəsi metan buxarlanmasını artırır ki, bu da qlobal istiləşməyə və karbon emissiyalarına səbəb olur.

Nurlan