Azərbaycanda 2021-ci ildə 1,893 milyon ton yumurta istifadə olunub.

Bu barədə Foodinfo.az Dövlət Statistika Komitəsi məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, ölkədə 2020-ci ildə 1,942 milyon ton, 2019-cu ildə isə 1,862 milyon ton yumurta istehlak olunub. Nəticədə 2021-ci ildə yumurta istifadəsi son 2 illə müqayisədə müvafiq olaraq 49 min ton (2,5%) az və 31 min ton (1,7 %) çoxdur.

Hesabat dövründə Azərbaycanda yumurtanın 89,8%-I və ya 1,7 milyonu əhalinin şəxsi istehlak fondunun payına düşüb. Bu da, 2020-ci illə müqayisədə 2,5 % azdır.

2021-ci ildə yumurtanın 30 min tonu mal-qara və quş yemi üçün (illik müqayisədə 2,5% az), 118 min tonu inkubasiya məqsədi ilə (2,5% az) istifadə olunub. Eyni dövrdə ölkədəki yumurtanın 9 min tonu itkiyə gedib (2,5 % az), son nəticədə ölkədə 36 min ton yumurta ehtiyyatı (2,5 %) yaranıb.

Şəbnəm