Azərbaycanda 2022-ci ildə 42 858,4 min dekalitr içki istehsal edilib.

Foodinfo.az Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən xəbər verir ki, 2021-ci illə müqayisədə bu, 17,4 % çoxdur.

Ölkədəki içki istehsalının 83,7 %-i və ya 35 890,8 min dekalitri (1 il əvvələ nisbətən 6,5 % çox) spirtsiz içki, 16,3 %-ni və ya 6 967,6 min dekalitr ( 2,5 % az) isə spirtli içki istehsalı təşkil edib.

Hesabat dövründə spirtli içkilərdən araq istehsalı 29,8% azalaraq 1 244,9 min dekalitrə, viski-konyak istehsalı 2,9 dəfə artaraq 96 min dekalitrə, üzüm şərabı istehsalı 6,8 % azalaraq 943,1 min dekalitrə, pivə istehsalı 0,5 % azalaraq 4 683,6 min dekalitrə enib.

Ötən il dekabrın 31-nə ölkədə spirtli içki ehtiyatı 1 485,3 min dekalitr (3,9 % az), spirtsiz içki ehtiyatı isə 575,6 min dekalitr (10,4 % çox) olub.

Şəbnəm