Sağlam və uzun ömürlü həyat tərzi ilə bağlı aparılan tədqiqatlar qidalanma modellərinin rolunu xüsusi vurğulayır. Foodinfo.az “Harvard Health Publishing” portalına istinadla xəbər verir ki, Aralıq dənizi pəhrizi ürək-damar sağlamlığının qorunmasında və erkən ölüm riskinin azaldılmasında effektiv hesab olunur. Bu qidalanma modeli əsasən tərəvəz, meyvə, zeytun yağı və balıq üzərində qurulur. Araşdırmalar göstərir ki, bu pəhriz xroniki iltihabi proseslərin səviyyəsini aşağı salır.

Amerikalı dietoloq Dr. Walter Willett bildirir ki, Aralıq dənizi pəhrizi lipid balansını normallaşdırır. Onun sözlərinə görə, bu qidalanma forması damarların elastikliyini qoruyur. Qırmızı ətin az, ağ ətin isə ölçülü istifadəsi tövsiyə olunur. Tam taxıllar qan şəkərinin stabilləşməsinə kömək edir. Bu pəhriz insulin müqavimətinin azalmasına müsbət təsir göstərir. Beyin funksiyalarının qorunmasında da rolu var. Uzunmüddətli tətbiq sağlam yaşlanmanı dəstəkləyir. Mütəxəssislər bu pəhrizin davamlı həyat tərzi kimi seçilməsini məsləhət görürlər.