Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Cəyirli kəndində fəaliyyət göstərən, Rüstəmov Pərviz Qəzənfər oğluna məxsus “Kəlbəcər” kafesində yoxlama keçirib.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Baxış zamanı mətbəxdə divar və tavan səthlərinin təmirsiz olduğu, işçi heyətin gigiyena qaydalarına əməl etmədiyi, emal prosesində istifadə olunan suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib