Azərbaycan bazarında istehsalçı və distribüter şirkət kimi tanınan Avrora Qrup yeni yaradılan “Tamstore” marketlər şəbəkəsi ilə pərakəndə bazarına daxil olur. 

Şirkətdən Foodinfo.az-a verilən məlumata görə marketlər şəbəkəsi qısa vaxtda Bakının müxtəlif yerlərində fəaliyyətə başlayacaq. “Tamstore” marketlər şəbəkəsinin “super”, “city” və “mini” formatlarında il sonuna kimi 20 mağazasının açılması planlaşdırılıb. 

Marketlər şəbəkəsi eyni zamanda bazarda digər supermarketlərlə rəqabətdə birinci olmağı qarşısına məqsəd qoyub. 

#Tamstore #tamkeyfiyyət #tamxidmət #tamqiymət #tamyeninəfəs