Qidalanma tərzi sağlamlıq üçün böyük rol oynayır. Foodinfo.az bildirir ki, alimlər diabetin qarşısını almaq üçün dərmansız təsirli üsullar axtarır və indi qidalanma üzrə konkret tövsiyələr veriblər.

Kembric Universitetinin aparıcı mütəxəssisləri 33 tədqiqatın məlumatlarını, yəni 800 mindən çox insanın nəticələrini təhlil edərək müəyyən etmişlər ki, bəzi pəhriz nümunələri 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə azaldır.

Tədqiqat göstərib ki, ən qoruyucu üç pəhriz:

Aralıq dənizi tərzi qidalanma;

Alternativ sağlam qidalanma indeksi;

DASH pəhrizi, yəni hipertoniya əleyhinə pəhrizdir.

Maraqlıdır ki, bu pəhrizlər insanın etnik mənsubiyyətindən asılı olmayaraq təsir göstərir.

Alimlərin sözlərinə görə, bu rejimlər əsasən tərəvəz, meyvə, paxlalılar, qoz-fındıq və tam taxılların balanslı qəbulu, qırmızı və işlənmiş ət, eləcə də şəkərli içkilərin məhdudlaşdırılması prinsiplərinə əsaslanır.

Belə qidalanma vərdişləri 2-ci tip diabetin qarşısını almaqla bağlıdır və müxtəlif millətlərin nümayəndələrinə tövsiyə oluna bilər.

Tədqiqat müəllifi Cjia İ Li əlavə edib ki, həkimlər xəstələrə sadə və aydın tövsiyələr verərək bu sağlam qidalanma vərdişlərini gündəlik həyata mərhələli şəkildə daxil etməyə kömək etməlidirlər.