Qidalanmada istifadə olunan bəzi ədviyyatlar təkcə yeməyə dad qatmaqla kifayətlənmir, eyni zamanda qan şəkərinin tənzimlənməsinə dəstək olur.
Bu ədviyyatlar düzgün və balanslı qidalanma ilə birlikdə istifadə edildikdə daha effektiv nəticə verir.
Foodinfo.az bu ədviyyatları təqdim edir:
1. Darçın
Darçın insulin həssaslığını artırmağa kömək edir. Araşdırmalar göstərir ki, darçın qan şəkərinin yeməkdən sonra sürətli yüksəlməsinin qarşısını alır.
2. Sarıkök
Tərkibindəki kurkumin maddəsi ilə tanınır. İltihabəleyhinə təsiri ilə insulin müqavimətinin azalmasına dəstək olur.
3. Zəncəfil
Zəncəfil həzm sistemini aktivləşdirir və bəzi araşdırmalara görə qan şəkərinin stabilləşməsinə yardımçı olur.
4. Qara zirə
Qara zirə toxumlarının qan şəkərinə müsbət təsiri ilə bağlı tədqiqatlar mövcuddur. Müntəzəm və ölçülü istifadə faydalı hesab olunur.
5. Mixək
Mixək güclü antioksidantdır və insulin fəaliyyətini dəstəkləyə biləcəyi bildirilir.
6. Hil
Hil qan dövranını yaxşılaşdırmağa və maddələr mübadiləsini dəstəkləməyə kömək edir ki, bu da şəkər balansına dolayı təsir göstərir.
Bu ədviyyatlar dərman əvəzi deyil. Şəkərli diabet və ya insulin müqaviməti olan şəxslər ədviyyatları müntəzəm istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.






