Limonla yaşıl çayın birlikdə qəbulu sağlamlığa çoxsaylı müsbət təsirlər göstərir. Foodinfo.az  xəbər verir ki, bu təbii qarışım immun sistemini gücləndirmək, orqanizmi toksinlərdən təmizləmək və maddələr mübadiləsini sürətləndirmək baxımından xüsusilə təsirli sayılır.

Qarışımın tərkibindəki yaşıl çay antioksidantlarla, limon isə C vitamini ilə zəngindir. Bu maddələr birləşərək infeksiyalara qarşı bədəni qoruyur, dərinin sağlamlığını yaxşılaşdırır və hətta artıq çəkinin azalmasına kömək edir.

Eyni zamanda, bu qarışımın həzm sisteminə müsbət təsiri, xolesterolu tənzimləməsi və ürək-damar sağlamlığını dəstəkləməsi də elmi olaraq təsdiqlənmişdir.

Mütəxəssislər xüsusilə səhər saatlarında limonlu yaşıl çayın içilməsini tövsiyə edir. Lakin mədə turşuluğu problemi olan şəxslərə bu qarışımı ehtiyatla qəbul etmək tövsiyə olunur.

Bu təbii və asan hazırlanabilən içki həm sağlam həyat tərzinin bir hissəsi, həm də günə enerjili başlamağın açarı hesab edilir.