
Düzgün və balanslaşdırılmış qidalanma insan sağlamlığının qorunmasında əsas amillərdən biridir.
Foodinfo.az xəbər verir ki, zülal, yağ, karbohidrat, vitamin və mineralların orqanizmə uyğun nisbətdə qəbul edilməsi həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir göstərir.
Balanslı qidalanma nə üçün lazımdır?
1. İmmuniteti gücləndirir – vitamin və minerallarla zəngin qidalar orqanizmi infeksiyalara qarşı daha davamlı edir.
2. Enerji balansını qoruyur – gün ərzində bədənin ehtiyacı olan enerjini təmin edir və yorğunluğun qarşısını alır.
3. Ürək-damar sağlamlığını dəstəkləyir – düzgün seçilmiş yağlar və liflər xolesterini normada saxlayır, damarların elastikliyini artırır.
4. Həzm sistemini yaxşılaşdırır – lifli qidalar bağırsaq fəaliyyətini gücləndirir və həzmi asanlaşdırır.
5. Artıq çəki və piylənmənin qarşısını alır – qidaların balanslı şəkildə qəbul edilməsi orqanizmdə yağ yığılmasının qarşısını alır.
Balanssız və nizamsız qidalanma uzunmüddətli dövrdə piylənmə, şəkərli diabet, ürək-damar və digər xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər.
Buna görə də gündəlik rasionda müxtəlif və təbii qidaların istifadəsi tövsiyə olunur.