“Şirin kartof” kimi tanınan batat həm qida dəyəri, həm də sağlamlığa təsiri ilə seçilən tərəvəzlərdəndir. Onun tərkibi A, C və B vitaminləri, həmçinin lif, kalium və antioksidantlarla zəngindir.

Foodinfo.az xəbər verir ki, batatın ən önəmli xüsusiyyətlərindən biri görmə qabiliyyətini qorumasıdır. Tərkibindəki beta-karotin göz sağlamlığı üçün mühüm rol oynayır və zəif görmənin qarşısını alır.

Batat həmçinin immunitet sistemini gücləndirir, infeksiyalara qarşı orqanizmin müqavimətini artırır.

Batatın yüksək lif tərkibi həzm sistemini dəstəkləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır və uzunmüddətli toxluq hissi yaradır.

Bundan başqa, batat ürək-damar sağlamlığı üçün də faydalıdır. Tərkibindəki kalium qan təzyiqini tarazlaşdırır, damarların sağlamlığını qoruyur.

Araşdırmalar göstərir ki, batat qanda şəkəri stabilləşdirir və insulinə həssaslığı artırır. Bu xüsusiyyətinə görə şəkərli diabet xəstələri üçün faydalı hesab olunur.