
Banan yalnız meyvə kimi deyil, qabığı ilə də faydalı təsir göstərir. Xüsusilə üz dərisinə tətbiq olunduqda təbii qulluq vasitəsi hesab edilir.
Foodinfo.az xəbər verir ki, banan qabığının tərkibindəki antioksidantlar, C və E vitaminləri dərini qidalandırır, qocalma əlamətlərinin qarşısını alır və dərini daha parlaq göstərir.
Bundan əlavə, qabıqda olan kalium dərini nəmləndirir, quruluğun qarşısını alır və qıcıqlanmanı azaldır.
Mütəxəssislər qeyd edirlər ki, banan qabığının müntəzəm istifadəsi sızanaq və səpgilərin azalmasına, dərinin sakitləşməsinə kömək edə bilər.
Onun iltihab əleyhinə təsiri dərini zərərli mikroblardan qoruyur.
Xüsusilə gözaltı bölgəyə sürtüldükdə şişkinlik və qara halqaların azalmasına müsbət təsir göstərə bildiyi vurğulanır.
Bununla yanaşı, banan qabığının təbii parıltı verməsi və dərini yumşaltması da onun üstünlükləri arasında göstərilir.
Banan qabığını üz dərisinə sürtüldükdən sonra bir müddət saxlamaq və daha sonra ilıq su ilə yumaq lazımdır.