Kişmiş və kişmiş suyu kaliumla zəngindir.
Bu mineral bağırsaqların normal peristaltikasını (hərəkətlilik) təmin edir ki, nəticədə qəbizlik problemi aradan qalxır. Müntəzəm olaraq kişmiş suyu içən insan qəbizlik problemi ilə vidalaşa bilər.
Kişmiş suyunu hazırlamaq çox asandlr. Bunun üçün 1 ovuc kişmiş təmizlənir, yuyulur, termosa tökülür.
Üzərinə 1 stəkan isti su tökün, səhərə qədər saxlayın. Səhər bu suyu için və kişmişi yeyin. Kişmiş suyunu uşaqlara da vermək olar.
Həmçinin kişmiş suyu qaraciyər və ürək üçün də çox faydalıdır.
Kalium ürək əzələsini möhkəmləndirir, arterial təzyiqin yüksəlməsinin qarşısını alır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər bu sadə və faydalı vasitədən tez-tez istifadə edə bilər.
Son xəbərlər
- Albalının hər hansı bir mənfi təsiri varmı?
- Göyərtilərin daha uzun müddət təzə qalmasının sirri nədir?
- Aşağı karbohidratlı pəhrizlərin növləri
- Vegan pəhrizinin çətinlikləri nələrdir?
- Keyfiyyətli yuxu üçün bu qidaları rasionunuza əlavə edin
- Qoxu hissinin zəifləməsi qida seçimlərini dəyişirmi?






