Mədə xərçəngi riskini azaltmaq üçün düzgün qidalanmaq vacibdir. Foodinfo.az bildirir ki, onkoloq Basir Bammatov həmçinin bəzi qidaların bu riskləri artırdığını qeyd edib.

Ekspertin sözlərinə görə, qızardılmış, duzlu, tüstülənmiş və turşu məhsullarının qəbulunu azaltmaq tövsiyə olunur. Həmçinin, tamamilə siqaret və spirtli içkilərdən imtina etmək lazımdır.

Bammatov izah edib ki, çox duz mədə selikli qişasını zədələyir, xərçəng törədici maddələrin təsirini artırır və Helicobacter pylori bakteriyasının fəaliyyətini gücləndirir. Gündəlik duz qəbulunu beş qramdan çox olmamaq vacibdir.

Siqaret mədə xərçəngi riskini bir neçə dəfə artırır, spirt isə toksik təsir göstərərək mədə hüceyrələrinə zərər verir, xroniki iltihab və eroziya yaradır.

Onkoloq əlavə edib ki, qırmızı ət və kolbasa məhsullarının qəbulunu azaltmaq, əvəzində isə təzə tərəvəz, meyvə, göyərti və liflə zəngin qidalar qəbul etmək məsləhətlidir.

Belə qidalanma mədə sağlamlığını qorumaqla yanaşı, xərçəng riskini azaltmağa kömək edir.