Xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alan K vitamini qidalarda çox az miqdarda olur. Bununla belə, əncirin tərkibində orqanizm üçün kifayət qədər K vitamini var. Günün əvvəlində bu vitamindən faydalanmaq istəyənlərə qozlu əncir mürəbbəsi tövsiyə edirik. Bəs təzə əncirdən qoz mürəbbəsi necə hazırlanır?

 Foodinfo.az-ın məlumatına görə, qozlu əncir mürəbbəsi hüceyrələrin toxumasını yenilədiyi üçün xərçəngin əsas düşməni hesab olunur. Üstəlik bu mürəbbəni qozla hazırlamaq orqanizmdə həm K vitamini, həm də dəmir çatışmazlığını aradan qaldırır.

Bunu hər səhər yeməyində rahatlıqla istehlak edə bilərsiniz. Bu mürəbbənin enerjinin yığılmasından həzm sisteminin tənzimlənməsinə qədər faydaları var.

Lazım olanlar:

• 1 kilo təzə əncir

• 250 qram rəndələnmiş qoz

• 2 stəkan şəkər

• 6 stəkan su

Hazırlanması:

Əncirləri yaxşıca yuyun. Sonra dörd yerə bölüb qazana tökün və şəkər əlavə edib qaynadın. Qaynadıqca qatılaşan qarışıma bir gün əvvəl suda isladdığınız rəndələnmiş qozları əlavə edin və qarışdırmağa davam edin. Hazır olan zaman altını söndürüb təmiz şüşə qabalara doldurun.

Bir gün sonra istehlak etsəniz daha faydalı olar.