Yumurtaların saxlanma qaydası onların təzəliyini qorumaq üçün çox vacibdir. Yumurtalarınızın tez xarab olmasını istəmirsinizsə, onları soyuducunun qapılarına qoymayın. 

 Foodinfo.az xəbər verir ki, soyuducunun qapısında yumurta üçün qoyulmuş xüsusi bölmələr ən ideal yer olaraq görülür. Beləliklə, çox yer tutmadan orada onlarla yumurta saxlaya bilərsiniz. Amma bu, yumurtaları təzə saxlamağın ən pis yoludur.

Soyuducunun qapısının tez-tez açılıb bağlanması qapıdakı qidaların davamlı olaraq müxtəlif temperaturlara məruz qalmasına səbəb olur. Bu temperatur dəyişiklikləri yumurtanın tez xarab olmasına, hətta çürüməsinə səbəb ola bilər.

Bu səbəbdən yumurtaların uzun müddət təzə qalmasını istəyirsinizsə, mütləq soyuducunun rəflərində saxlamalısınız. Daim sabit temperaturda saxlanılan yumurtalar daha sağlam və təravətli qalacaq.

Ana südündən sonra ən faydalı qida olduğu bildirilən yumurtanın həm ağı, həm də sarısı şəfa mənbəyidir. A, B5, B12, B2, B6, D, E və K vitaminləri olan yumurtanın tərkibində kalsium, sink, fosfor, selen və fol turşusu da var.

Zülal qaynağı olaraq bilinən yumurta qidalandırıcı xüsusiyyətinə görə səhər yeməyinin vazkeçilməz dadıdır. Sağlam bir qida olan yumurta ucuz və sürətli istehlakı baxımından hər kəsin çata biləcəyi bir qidadır. 

 Yumurtanın tərkibində olan maddələrin faydaları bunlardır:

Zülal: Bədəndəki orqanların, dəri, əzələ, saç və digər toxumaların qurulması və təmiri üçün vacibdir. 

Dəmir: Anemiyanın qarşısını alır və hüceyrələrə oksigen daşıyır. Bədən yumurtadakı dəmiri asanlıqla mənimsəyir.

Vitamin A: Tərkibindəki A vitamini sağlam dəri və göz toxumalarını qorumağa kömək edir, gecə görmə qabiliyyətinə faydalıdır.

Vitamin D: Yumurta tərkibindəki D vitamini ilə sümükləri və dişləri gücləndirir. Müəyyən xərçəng və otoimmün xəstəliklərdən qorunma sistemini gücləndirir.

Vitamin E: Sağlamlığın qorunmasında və xəstəliklərin qarşısının alınmasında ən əhəmiyyətli antioksidant olan E vitamini yumurtada boldur.

Vitamin B12: Tərkibindəki B12 vitamini ilə unutqanlığın qarşısını alır və ürək xəstəliklərinə qarşı maneə rolunu oynayır.

Folat: Yumurta hüceyrələri yeniləyir və qoruyur, anemiyanın qarşısını alır. Hamiləlikdən əvvəl və hamiləliyin ilk trimestrində istehlak edilərsə, doğuş qüsurlarından qorunmaqda təsirlidir.

Selenium: Dokuları müalicə etmək üçün E vitamini ilə işləyir, bədən toxumalarının parçalanmasının qarşısını alır və antioksidant rolunu oynayır.

Lutein və Zeaksantin: Yumurta göz sağlamlığı üçün də faydalıdır. Yumurta görmə qabiliyyətini yaxşılaşdırır. O, həmçinin katarakt və makula degenerasiyası kimi yaşa bağlı göz xəstəliklərinin riskini azaldır.

Kolin: Beyin sağlamlığı üçün əhəmiyyətli bir qida maddəsi olan yumurtanın beyin inkişafı və fəaliyyətində güclü yeri var.