Yeməkdən sonra bir çox insan uzanaraq film izləməyi və ya sadəcə dincəlməyi üstün tutur. Lakin mütəxəssislər bildirir ki, bu kimi vərdişlər sağlamlığa ciddi zərər verə bilər. Foodinfo.az fithacker saytına istinadla xəbər verir ki, yeməkdən dərhal sonra edilən bəzi hərəkətlər həzm prosesini pozur və uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.

Mütəxəssislər yeməkdən sonra qətiyyən edilməməli olan 5 əsas hərəkəti açıqlayıb:

1. Siqaret çəkmək
Siqaretin sağlamlığa zərərli olduğu hamıya məlumdur. Xüsusilə yeməkdən dərhal sonra çəkilən siqaret orqanizmdə oksigen səviyyəsini azaldır və həzm prosesini çətinləşdirir. Araşdırmalar göstərir ki, yeməkdən sonra çəkilən bir siqaret, eyni anda on siqaret çəkməyə bərabər zərər verir və ağciyər, eləcə də bağırsaq xərçəngi riskini artırır.

2. Meyvə yemək
Meyvələrin ən uyğun qəbulu yeməkdən əvvəl, acqarına tövsiyə olunur. Çünki meyvələrin həzmi üçün fərqli fermentlər tələb olunur. Yeməkdən sonra meyvə yemək mədə yanması, köp və geğirtiyə səbəb ola bilər.

3. Dərhal yatmaq
Yeməkdən dərhal sonra yatmaq mədənin gecə boyu aktiv işləməsinə səbəb olur. Bu isə diskomfort, şişkinlik və yuxu problemləri yaradır. Yunanıstanda aparılan araşdırmaya görə, yeməkdən sonra yatmayan şəxslərdə insult riski daha azdır. Mütəxəssislər yatmazdan ən azı 2–3 saat əvvəl qidalanmanı dayandırmağı tövsiyə edir.

4. Yeməkdən sonra duş qəbul etmək
Duş qəbul edərkən qan dövranı ətraflara yönəlir və mədəyə gedən qan axını azalır. Bu isə həzmi zəiflədir və qarın ağrılarına səbəb ola bilər.

5. Çay içmək
Yeməkdən dərhal sonra çay içmək dəmirin orqanizm tərəfindən mənimsənilməsinə ciddi mane olur. Çayın tərkibindəki taninlər dəmir və zülallarla birləşərək onların sorulmasını azaldır. Elmi araşdırmalara görə, bu hal dəmirin mənimsənilməsini 87%-ə qədər azalda bilər və nəticədə anemiya riski yaranar.

Mütəxəssislər sağlam həzm və ümumi rifah üçün yeməkdən sonra bu vərdişlərdən uzaq durmağı tövsiyə edirlər.