
Tam buğda unu buğda dənəsinin qabığı, rüşeymi və iç hissəsi ilə birlikdə üyüdülməsi nəticəsində əldə olunan un növüdür. Ağ undan fərqli olaraq, təbii lif, vitamin və mineral baxımından daha zəngindir və sağlam qidalanmada mühüm yer tutur.
Foodinfo.az tam buğda ununun əsas faydalarını təqdim edir:
1. Həzm sistemini gücləndirir
Tərkibində yüksək miqdarda lif olduğu üçün bağırsaq hərəkətlərini tənzimləyir. Qəbizliyin qarşısını alır, həzmi asanlaşdırır və bağırsaq florasını dəstəkləyir.
2. Qan şəkərini stabilləşdirir
Aşağı qlikemik indeksə malikdir, yəni qan şəkərini sürətlə qaldırmaz. Bu xüsusiyyəti ilə şəkərli diabeti olanlar üçün ağ undan daha münasib seçimdir.
3. Uzunmüddətli toxluq hissi yaradır
Kompleks karbohidratlarla zəngindir və yavaş həzm olunur. Bu da uzun müddət toxluq verərək artıq yeməyin qarşısını alır və arıqlama prosesinə dəstək olur.
4. Qan dövranını və ürək sağlamlığını qoruyur
Tərkibindəki B qrup vitaminləri, antioksidantlar və faydalı yağlar ürək-damar sisteminə müsbət təsir göstərir. Xolesterolu tarazlayaraq damar tıxanıqlığı riskini azaldır.
5. Enerji verir və əzələləri dəstəkləyir
Yüksək miqdarda B1, B3 və maqnezium ehtiva edir. Bu maddələr sinir sistemi və əzələ fəaliyyəti üçün vacibdir.
6. Təbii və daha az işlənmişdir
Ağ unla müqayisədə daha az təmizlənmiş və kimyəvi tərkibi dəyişdirilməmiş olur. Bu da orqanizm üçün onu daha faydalı və qidalı edir.
Qəbizlikdən əziyyət çəkənlər, şəkərli diabet və insulin müqaviməti olanlar, kökəlmədən qorunmaq istəyənlər, sağlam və balanslı qidalanmağa üstünlük verənlər üçün bu qida daha məqsədəuyğundur.