Səhər saatlarında yaşıl çay içmək orqanizm üçün olduqca faydalıdır. Foodinfo.az bildirir ki, bu barədə qidalanma üzrə mütəxəssis Marina Zaytseva RİA Novosti-yə danışıb. Onun sözlərinə görə, yaşıl çay orqanizmi oyadır, əhval-ruhiyyəni yaxşılaşdırır və maddələr mübadiləsini sürətləndirir.

Zaytseva qeyd edib ki, yaşıl çay tərkibindəki təbii antioksidantlar sayəsində bədəni toksinlərdən təmizləyir. O, əlavə edib ki, günə yaşıl çayla başlamaq yorğunluğu aradan qaldırır və zehni aktivliyi artırır.

Mütəxəssis bildirib ki, bu içki həm də dəriyə parlaqlıq verir və hüceyrələri cavan saxlayır. Həkim tövsiyə edib ki, çayı təbii limon və ya bir neçə nanə yarpağı ilə içmək daha effektlidir. Foodinfo.az oxucularına hər səhər bir fincan yaşıl çay içməyi tövsiyə edir.