Şokolad pastası sağlamlığa zərər verə bilər, çünki 55% şəkər və yalnız 4% kakaodan ibarətdir. Foodinfo.az xəbər verir ki, bunu həkim Yelena Malışeva “Sağlam yaşa!” verilişinin efirində deyib.

Onun sözlərinə görə, şəkər qan damarlarının divarlarını məhv edir, lövhələrin əmələ gəlməsinə və aterosklerozun inkişafına kömək edir.

Həkimlər qeyd edirlər ki, şokoladın 55%-i şəkər, 23%-i palma yağı, 13%-i fındıq və 4%-i kakaodan ibarətdir. Qalan 5% digər maddələrdən gəlir. Sağlamlıq üçün ən böyük təhlükə bu məhsulda şəkərin həddindən artıq miqdarıdır. Qan dövranı sisteminə zərər verir, ilk növbədə retinada yerləşən kiçik damarları zədələyir.

Nurlan