Diyetoloqlar və həkimlər maddələr mübadiləsinin sağlam olması üçün yeməkləri yavaş yemək və içkiləri yavaş-yavaş qurtumlamaq çox vacib olduğunu vurğulayırlar. Ancaq bəzən nə qədər diqqətli olsaq da, bəzi yediklərimiz və içdiklərimiz maddələr mübadiləsinə mənfi təsir göstərir.

 Foodinfo.az maddələr mübadiləsini pozan qidaları təqdim edir:

1- Rafinə edilmiş taxıllar

Taxıldakı faydalı liflərin, vitaminlərin və mineralların çoxu kəpək və rüşeymdə olur. Bu səbəbdən tam taxıllı qidalar qidalandırıcı tərkibli hesab olunur. Lif xüsusilə bağırsaq üçün faydalıdır, metabolik sağlamlığı tənzimləyir. Bununla belə, təmizlənmiş taxıllar üçün eyni şeyi söyləmək olmaz. Təmizlənmiş taxıllar qrupuna ağ çörək və ağ makaron kimi məhsullar daxildir.

Təmizlənmiş taxıllarda qida ilə zəngin toxum və kəpək çıxarılır, yalnız nişastalı və daha az qidalı, lakin dadlı endosperm qalır. Bu, qida tərkibini azaldır və bu taxıllar həddindən artıq yeyildikdə metabolik hormonlar mənfi təsirlənir.

2- Şirin qazlı içkilər

Şirin qazlı içkilər tərkibindəki yüksək şəkərə görə maddələr mübadiləsini gərginləşdirə bilər. Bu, qaraciyəri həddən artıq yükləyə və metabolik xəstəliklər üçün risk faktoru olan dislipidemiya riskini və ya qanda qeyri-sağlam yağların səviyyəsini artıra bilər.

3- Qablaşdırılmış meyvə şirələri 

Meyvələr sizi tox hiss etdirən lif və bir çox vacib bitki birləşmələri, vitaminlər və minerallar ehtiva etsə də, qablaşdırılmış meyvə şirələrində bunlar yoxdur. Qablaşdırılmış meyvə şirələri də maddələr mübadiləsini gərginləşdirən məhsullar arasındadır.

4- Spirtli içkilər 

Tədqiqatlar göstərir ki, həddindən artıq spirtli içki içmək iltihabı tətikləyə bilir və maddələr mübadiləsini pozur. 

5- İşlənmiş ətlər

 Maddələr mübadiləsini yavaşladan qidalara hot-doqlar, donuz əti və digər qablaşdırılmış ətləridir.

Diyetoloqlar deyirlər ki, bu qidalarda yüksək miqdarda şəkər və natrium, həmçinin bağırsaq mikrobiomunuza zərər verə biləcək əlavələr və əlavə məhsullar var. Bu, maddələr mübadiləsinə mənfi təsir göstərir, çünki mikrobiomunuz metabolik funksiyaların tənzimlənməsində mühüm rol oynayır.

6- Şəkərli qəlyanaltılar 

Bişmiş məmulatlar və konfet kimi şəkərli qəlyanaltılar həddindən artıq yeyildikdə maddələr mübadiləsinin zəifləməsinə səbəb olur. Şəkərdən qaçınmaq lazımdır, çünki o, bədəndə iltihabı tetikləyə bilir və maddələr mübadiləsinin səmərəli işləməsini çətinləşdirir.

7- Duzlu qəlyanaltılar 

Şübhəsiz ki, kraker, kartof çipsləri və ədviyyatlı qoz-fındıq kimi duzlu qəlyanaltılar da sağlıqsız qidalar içindədir. Bu yüksək natriumlu qidaların həddindən artıq istehlakı qan təzyiqini artıraraq hipertoniya və insulin müqaviməti kimi metabolik xəstəliklər üçün risk faktorlarına səbəb ola bilər.

8- Qırmızı ət 

Mütəxəssislərin fikrincə, həddindən artıq qırmızı ət yemək tez-tez metabolik xəstəliklərə, o cümlədən 2-ci tip şəkərli diabet, ürək və qaraciyər xəstəliklərinə səbəb ola bilər.

 Mütəxəssislər qırmızı əti həyatımızdan tamamilə çıxarmağı deyil, balanslı şəkildə istehlak etməyi tövsiyə edir.