Payız fəslinin ortaları – xüsusilə oktyabr ayı – balıqların ən dadlı və faydalı olduğu dövr hesab olunur. Bu ayda dəniz və çay balıqları həm yağlı, həm də qida dəyəri baxımından zəngin olur. 

Foodinfo.az xəbər verir ki, oktyabr ayında bəzi balıqların istehlakı həm dad, həm də sağlamlıq baxımından daha faydalıdır.

1. Sazan

Çay və göllərdə bol olan sazan bu mövsümdə ətini yığıb yağlandığı üçün daha dadlı və qidalıdır. Omega-3 və zülal mənbəyidir.

2. Xəşəm

Payız aylarında xüsusilə dadlı olur. Həzm sistemi üçün yüngül, ürək-damar sağlamlığına faydalıdır.

3. Alabalıq

Soyuq suları sevən alabalıq oktyabr ayında daha keyfiyyətli olur. Zülal, D vitamini və Omeqa-3 yağ turşuları ilə zəngindir.

4. Şamayı Azərbaycanın daxili sularında yayılan bu balıq payızda daha yağlı olur və yüksək qida dəyərinə malikdir.

5. Xəmsi

Oktyabr ayı hamsi mövsümünün başlanğıcıdır. Təzə xəmsi həm ucuz, həm də Omeqa-3 ilə zəngin olduğuna görə çox tövsiyə edilir.

6. Levrek və Çipura

Dəniz balıqları arasında oktyabrda ən çox tövsiyə edilənlərdir. Həm ızqara, həm də bişmiş formada faydalı və yüngül qidadır.

Oktyabr ayı balıqların ən ləzzətli və faydalı dövrlərindən biridir. Bu dövrdə sazan, alabalıq, xəmsi, levrək və digər balıqların istehlakı həm sağlamlıq, həm də dad baxımından ən doğru seçim sayılır.