Çoxları alma yeyərkən onun qabığını soyur, amma bu vərdiş düşündüyünüzdən daha zərərlidir. Foodinfo.az xəbər verir ki, ABŞ-ın Kornell Universitetinin alimləri aparılan araşdırmalar nəticəsində alma qabığının insan orqanizminə təsir edən ən güclü antioksidant mənbələrindən biri olduğunu açıqlayıblar.

Tədqiqatçı Dr. Michael Heber “Healthline” portalına açıqlamasında deyib ki, alma qabığında polifenolların və ursolik turşunun konsentrasiyası meyvənin iç hissəsindən 3-4 dəfə yüksəkdir. “Bu maddələr hüceyrələrin qocalmasını ləngidir, xərçəng və ürək xəstəliklərinin riskini azaldır,” – deyə o bildirib.

Araşdırma göstərib ki, alma qabığı eyni zamanda bağırsaq mikroflorasını balansda saxlayır və immun sistemini gücləndirir. Qabıqda olan liflər mədə-bağırsaq traktını təmizləyir və toksinlərin bədəndən çıxarılmasını asanlaşdırır.

Mütəxəssislər tövsiyə edir ki, yalnız kimyəvi maddələrlə işlənmiş alma növlərində qabığın soyulması nəzərdən keçirilə bilər. Digər hallarda isə alma yuyulmalı, amma qabıqlı şəkildə yeyilməlidir.
Heber qeyd edir ki, bu sadə addım gündəlik antioksidant qəbulunu 30%-ə qədər artıra bilər.