Mətbəximizdə paxlalılar ən çox istehlak edilən qidalardandır. Xüsusilə noxud həm dadı, həm də faydası ilə seçilir.

Foodinfo.az xəbər verir ki, noxud qaynadıqdan sonra istehlak edilən paxlalılardandır. Bir çox insan noxudu qaynatdıqdan sonra adətən suyunu atır, lakin noxud suyunun özü qədər güclü faydalarının olduğundan xəbərsizdir. 

Bəs noxud suyunun faydaları nələrdir? 

Noxud suyu zülalla zəngindir və həmçinin yüksək miqdarda pəhriz lifi ehtiva edir. Bu, həzmi yaxşılaşdırır və bağırsaq hərəkətlərini tənzimləyir. 

Noxud suyu həmçinin dəmir, maqnezium və sink kimi minerallarla da zəngindir. Bu minerallar immunitet sistemini gücləndirir, sümük sağlamlığını dəstəkləyir və dəri sağlamlığını yaxşılaşdırır.

Bu su həm də immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı qoruyucu qalxan yaradır. 

Faydaları sonsuz olan noxud suyu bağırsaqlardakı qurdları da təmizləyir, hüceyrələri yeniləyir və revmatizm ağrılarını azaldır.

Digər tərəfdən noxud suyu bel və əzələ ağrılarına yaxşı təsir edir. Qarqara edildikdə isə ağızdakı yaraları sağaldır.