Karbohidratlardan qaçınmaq arıqlamaq üçün təsirli bir üsuldur, lakin hər kəs bu cür qidaları diyetindən çıxarmağa hazır deyil.
Foodinfo.az xəbər verir ki, mütəxəssislər karbohidratlara olan ehtiyacı dayandıracaq ləzzətli alternativlər açıqlayıblar.
Noxud və ya mərci unundan hazırlanmış makaron. Zülalla zəngin olduğu üçün adi unla hazırlanan makaron üçün yaxşı bir əvəzdir.
Yerkökü və bibər. Artıq çəki ilə mübarizədə tərkibində fruktoza olduğu üçün meyvələrdən sui-istifadə etməməlisiniz. Ən azı axşam saatlarında onlardan qaçınmalısınız və onları yerkökü və ya qırmızı bibərlə əvəz edə bilərsiniz.
Şirin kartof. O, uzun müddət toxluq hissini qoruyur və karbohidrat ehtiyacını azaldan liflə zəngindir.