İnsanlar iki çürdür: şirin çay içməyi sevənlər və çaya şəkər qatmaqdan qəti şəkildə imtina edənlər. Təbii ki, ilk baxışdan şəkərsiz içkinin orqanizm üçün daha faydalı olduğu görünə bilər. Lakin əslində şirin çayın da kifayət qədər üstünlükləri var. Əsas odur ki, həddi aşmayasınız.

 Foodinfo.az oxucuları daim acı çay içməyin zərərləri və şirin çayın faydaları haqqında məlumatlandıracaq.

1. Şirin çay gümrah edir. Bir fincan şirin çay qanda qlükoza səviyyəsini yüksəltdiyi üçün ikiqat espressonu əvəz edə bilər.

2. Şəkərsiz çay aclıq hissi yaradır. Şəkərsiz çayda zülal, yağ və karbohidrat, demək olar ki, yoxdur. Lakin cəmi bir qaşıq şəkər əlavə edən kimi karbohidrat miqdarı artır və aclıq hissi zəifləyir.

3. Şirin çay immun sistemini gücləndirir. Bəli, məhz buna görə də soyuqdəymənin ilk əlamətləri göründükdə çaya limon və şəkər qatıb içmək yaxşıdır. Belə çay orqanizmə virusları məhv edən antioksidantları - katexinləri daha asan qəbul etməyə kömək olur.

Lakin qida rasionunuza şəkər daxil etmək istəməyənlərdənsinizsə, bilin ki, onu həmişə əvəzləmək olar. Bunun üçün, məsələn, bal, ağcaqayın siropu və ya hindistan cevizi şəkərindən istifadə edə bilərsiniz.