Bədənə mənfi təsirləri ilə tanınan "fast food" və yüksək qazlı içkilər evə çatddırılan yeməklərin arasında ən populyarlarıdır.

Foodinfo.az xəbər verir ki, endokrinoloq Aleksey Kalinçev çatdırılmasından imtina edilməsi daha yaxşı olan məhsullar haqqında danışıb.

Həkim xatırladıb ki, müasir gənclər sağlamlıqlarıyla öyünə bilmirlər. Çox vaxt yeniyetmələr mədə-bağırsaq traktının xəstəliklərindən əziyyət çəkirlər, səhv qidalanma isə bu xəstəlikləri daha da ağırlaşdırır.

"Sifarişlərin sayına görə pizza və şirin qazlı içkilər öndə gedən qidalardır. Burger və suşi növbəti yerdədir. Sağlam gənclərə bunları yemək olar, lakin günümüzdə sağlam gənclər varmı?", - deyə Kalinçev vurğulayıb.

Nərmin