Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Bu barədə Foodinfo-ya DGK-dan məlumat verilib. Bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn 2 ədəd "Scania" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4 600 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.